12 saatlıq əməliyyatda Bahar Lətifqızının ürəyi dayanıb.
Den.az Bizim.Media-ya istinadla xəbər verir ki, müğənni Bahar Lətifqızı ölümlə üz-üzə qalıb.
Sənətçi qonaq olduğu “Günün sədası” verilişində bildirib ki, əməliyyat zamanı ürəyi dayanıb.
“12 saatlıq əməliyyat keçirdim. Həkimimin savadı nəticəsində sağ qaldım. 12 saatlıq əməliyyatda ürəyim dayandı. Ürəyimə defibrillyator aparatı qoşuldu (ağır ürək aritmiyalarının elektropulse terapiyası üçün tibbdə istifadə olunan cihaz). O aparat vasitəsi ilə məni ayıltdılar.
Bircə onu bilirəm ki, Allah məni nə qədər sevirmiş. Canımı Allaha fəda etməyə hazıram. Allah bu dəqiqə övladlarımı almaq istəsə, üsyan etmərəm. Çünki Allahın varlığına çox inanıram.
Məhz buna görə də mən ayaq üstəyəm. Oğlumun 12 yaşı var, deyirdi ki, getmə əməliyyata, qorxuram sənə bir şey olar. Allahım balalarım üçün məni qorudu”, - deyə Bahar vurğulayıb.
[media=]
12 saatlıq əməliyyatda Bahar Lətifqızının ürəyi dayanıb - VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.