Müğənni Madonnanın xarici görünüşündə bir çoxlarının diqqətini çəkən kəskin dəyişikliklər ulduzun arıqlaması və bir sıra kosmetoloji prosedurlardan keçməsi ilə bağlıdır. Bu barədə NEWS.ru portalına kosmetoloq Elina Kapitonova məlumat verib. Mütəxəssis həmçinin səbəblərdən biri kimi ifaçının fillerlərdən imtina etməsini göstərib.
Kapitonovanın sözlərinə görə, Madonna fillərləri təkcə üzündən deyil, hiperkorreksiyaya məruz qalmış dodaqlarından da çıxarıb. O, xeyli arıqlayıb, bu açıq şəkildə görünür və bu məqsədlə “Ozempik”dən istifadə etmiş ola bilər. Bununla yanaşı, üzü də fillerlərsiz daha arıq görünüb, şişkinlik azalıb. Kosmetoloqun sözlərinə görə, müğənni aparat prosedurları vasitəsilə dərisini möhkəmləndirib, nəticədə dərisi hamar və bərabər görünür.
Mütəxəssis ehtimal edib ki, Madonna 2023-cü ildə üz gərmə əməliyyatı etdirib. Buna qulaq seyvanlarının yanında olan büküşlər, mümkün kəsik yerləri və böyük qulaq məmələri işarə edir. Kapitonovanın fikrincə, müğənni yaxın zamanda alın nahiyəsində endoskopik liftinq də etdirib və nəticəni botoksla qoruyur.

