Məşhur modelyer Cemil İpekçi qatıldığı “Nedir Bu Kadınlar?” adlı söhbət proqramında verdiyi açıqlamalarla gündəm olub. Müasir həyatın qadınları öz mənliyindən uzaqlaşdırdığını iddia edən İpekçi bildirib ki, kişilər xarici görünüşdən daha çox hüzur və şəfqət axtarırlar.
“Romantik kişi yoxdur”
Münasibətlər barədə fikirlərini bölüşən Cemil İpekçi kişilərin estetik əməliyyat etdirmiş və ağır makiyajlı qadınlara üstünlük vermədiyini irəli sürüb.
İpekçi deyib:
Kişilər estetikli, çox makiyajlı qadını seçmirlər. Onun könlünü oxşayacaq sözlər de, qarnını doyur, kifayətdir. Romantik kişi yoxdur, onlardan sizi anlamalarını gözləməyin; taktiki davranın.
“Etiraz istehlak etməməklə edilir”
Siyasəti sevmədiyini, lakin ictimai məsələlər barədə danışmaqdan çəkinmədiyini bildirən İpekçi etiraz formaları ilə bağlı da diqqətçəkən açıqlamalar verib.
Məşhur modelyer bildirib:
Etiraz plakat açmaqla deyil, istehlak etməməklə edilir.
Vəsiyyətini də açıqladı
Səmimi açıqlamaları ilə diqqət çəkən Cemil İpekçi vəsiyyəti barədə sözləri ilə də gündəmə gəlib.
Patronlar Dünyasının məlumatına görə, Bodrumdakı evinin gələcəkdə muzey və emalatxana kimi istifadə olunmasını istədiyini deyən İpekçi dəfn mərasimi ilə bağlı bunları bildirib:
Dəfnimdə dini mərasim istəmirəm. Qızılgül yağları ilə yuyulub üstümə maşlah örtsünlər.
Maşlah nədir?
Maşlah xüsusilə türk qadınlarının keçmişdə geyindiyi, qolları dərin yarıqlı, uzun, geniş və çiyinlərə rahat salına bilən üst geyimi və ya pelerin tipli geyimdir.

Ərəb mənşəli bu söz yüngül parçadan hazırlanan, adətən paltarın üstündən geyilən və şəhərli qadınlar tərəfindən bəzən sabahlıq kimi istifadə olunan geyimi ifadə edir.

