Bakırköy Respublika Baş Prokurorluğunun məşhur şəxslərlə bağlı apardığı narkotik istintaqı çərçivəsində həbs olunan müğənni İlyas Yalçıntaşla bağlı yeni detal üzə çıxıb.
Məhkəmə-Tibbi Ekspertiza hesabatına əsasən, müğənninin qan, sidik və saç nümunələrində THC — marixuananın təsiredici maddəsi aşkarlanıb. Nəticələr istintaq materiallarına sübut kimi əlavə edilib.
Yalçıntaş evində aparılan axtarış zamanı tapılan həssas tərəzinin idman pəhrizi üçün istifadə edildiyini, bankalardakı maddələrin isə anasının kənddən göndərdiyi kəklikotu olduğunu bildirmişdi.

Lakin laboratoriya analizləri və bioloji nümunələrdə THC aşkarlanması onun bu ifadələrini şübhə altına alıb.
İstintaq çərçivəsində narkotik testi verən digər 10 şübhəlinin də nəticələri müsbət çıxıb. Onların arasında Akın Altan, Asude Mercan, Ayşenur Balcı, Buğra Balkaya, Büşra Tatar, Cenk Çöteli, Emre Avar, Hilal Zeynep Hedbe, Orhan Yıldız və Şefik Ömer Dolman var.
Saxlanıldıqdan sonra sərbəst buraxılan müğənni Sıla Gençoğlunun narkotik testinin isə mənfi nəticə verdiyi bildirilib.

