Britaniyalı məşhur aktyor Entoni Hopkins 88 yaşında “Life Is a Dream” (“Həyat bir yuxudur”) adlı ilk musiqi albomunu təqdim edib.
Albom avqustun 21-də “Decca Classics” leyblı tərəfindən buraxılıb və müxtəlif striminq platformalarında yayımlanıb. Albomda Hopkinsin 60 il ərzində bəstələdiyi 12 kompozisiya yer alıb.
Layihənin yazılışında dirijor Gustavo Dudamelin rəhbərliyi altında Philharmonia Orchestra iştirak edib.

Hopkins musiqi ilə çox erkən yaşlarından maraqlanmağa başlayıb. O, 4 yaşında pianoda ifa etməyi öyrənib, yeniyetməlik illərində isə yerli teatr tamaşaları üçün musiqilər yazıb.
Aktyorun musiqi yaradıcılığı bundan əvvəl də diqqət çəkib. 2012-ci ildə onun “And the Waltz Goes On” əsəri də daxil olmaqla bəstələri geniş maraq doğurub.

