Aktrisa Bensu Soral və həyat yoldaşı Hakan Baş Marmarisdə komediya ustası Hasan Can Kaya və həyat yoldaşı Duygu Kaya ilə bir araya gəlib.
Türkiyə mətbuatının məlumatına görə, yaxın dostlar qayıqla sahilə yaxınlaşarkən kameralara tuş gəlib.

Foto çəkilişi zamanı günəş səbəbindən gözlərini qıymaq məcburiyyətində qalan Hasan Can Kaya ortaya çıxan kadra zarafatla münasibət bildirib:
“Günəş gözümə düşdüyü üçün xoşbəxt olduğum bilinmir.”

Bu sözləri ilə izləyicilərini güldürən məşhur komediyaçı, şəxsi həyatını adətən mediadan uzaq saxlasa da, cütlüyün tətil fotoları sosial şəbəkələrdə maraqla qarşılanıb.

