“Saint Laurent” moda evinin kreativ direktoru Entoni Vakkarello vəzifəsindən ayrılıb.
Bu barədə brendin sahibi olan “Kering” şirkəti məlumat yayıb.
Bildirilir ki, Vakkarello son 10 il ərzində “Saint Laurent”in inkişafında mühüm rol oynayıb, brendin kimliyinin və moda, eləcə də mədəniyyət dünyasındakı təsirinin güclənməsinə töhfə verib.

“Saint Laurent”in baş direktoru Sedrik Şarbi dizaynerə təşəkkür edərək onun brendi daha yüksək səviyyəyə qaldırdığını, arzulanan və asanlıqla tanınan moda evinə çevirdiyini bildirib.
Entoni Vakkarello 2016-cı ildən “Saint Laurent” üçün kolleksiyalar hazırlayırdı.
Onun yerinə kimin təyin olunacağı hələ açıqlanmayıb.

