Ölkəmizin qüdrətini bütün dünyaya nümayiş etdirən və şanlı qələbə qazandığımız Vətən Müharibəsində düşmənin hərbi təxribatlarının qarşısını alarkən şəhidlik zirvəsinə ucalan abşeronlu igidlərimiz daima yad edilir, onların anım və doğum günlərində məzarları ziyarət olunur, o cümlədən övladları və ailə üzvlərinə tez-tez baş çəkilir.
“Den.az” xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev , Tibb Xidməti Polkovnik Leytenantı şəhid Abdullayev Rasim Yaqub oğlunun və Antiterror Əməliyyatında şəhid olan əsgər Arzullayev Murad Təvəkgül oğlunun doğum günündə onların məzarlarını ziyarət edib.
Rayon rəhbəri həmçinin torpaqlarımızın azadlığı uğrunda canını fəda edən digər şəhidlərimizində məzarlarını ziyatər edərək, önünə tər güllər düzüb. Şəhidlərin ruhuna dular oxunub.
Qeyd edək ki, Rasim Abdullayev 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşləri zamanı yaralı hərbçilərə döyüş meydanında tibbi yardım göstərib.
Məlum olduğu kimi, Ordumuz 2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı başlatdığı müharibəyə əks-hücumla cavab verərək işğal altında olan ərazilərimizin azadlığına qalxdı. Bu Vətən müharibəsində Azərbaycan Ordusunun polkovnik-leytenantı olan hərbi tibb qulluqçusu Rasim Abdullayev Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxarıb.
Polkovnik-leytenant Rasim Abdullayev noyabrın 10-da Şuşa döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Arzullayev Murad Təvəkgül oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı şəhid olub.
Bakı şəhəri II Şəhidlər Xiyabanında dəfn edilib.
Allah bütün şəhidlərə rəhmət eləsin!
Nizami Rəsulov
Den.az
İcra başçısından nümunəvi addım: Doğum günlərində onları unutmadı - FOTOLAR

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.