Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Saray bələdiyyəsi tərəfindən Novruz bayramı münasibəti ilə prospekt və qəsəbənin digər küçələrində iməclik aksiyası keçirilib.
Den.az xəbər verir ki, iməclikdə Saray qəsəbə bələdiyyəsinin işçiləri iştirak ediblər.
Aksiya çərçivəsində işıq dirəkləri və yol hərəkəti nişanları yuyularaq təmizlənib, küçələrdə yol kənarlarında təmizlik işləri aparılıb, qurumuş ağaclar doğranıb, yarpaqlar və məişət tullantıları toplanaraq xüsusi texnikalar vasitəsi ilə ərazidən götürülüb.
Saray qəsəbə bələdiyyəsinin sədri, şəhid Vidadi Zalovun atası Nizami Zalov bildirib ki,bu kimi iməcliyin keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti, təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək və ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir.İməclik aksiyalarının mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulub.
Nizami Rəsulov
Den.az
Saray qəsəbəsində bələdiyyə tərəfindən iməclik aksiyası təşkil edilib-FOTOLAR

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.