25 
fev
2024
16:54
231

DARIXIRAM ONUN ÜÇÜN: Birinci Qarabağ müharibəsində 19 yaşında şəhid olan Samir Məhərrəmovun mövludu qeyd edilib-VİDEO

25 fev, 2024
16:54
231

DARIXIRAM ONUN ÜÇÜN: Birinci Qarabağ müharibəsində 19 yaşında şəhid olan Samir Məhərrəmovun mövludu qeyd edilib-VİDEO

Cəmi 19 yaşı var idi əlinə silah alıb düşmən üzərinə gedəndə. Silaha sarılıb, yağı düşmədə meydan oxudu. Ancaq arzuları da var idi. Yaşasaydı 50 yaşını qeyd edəcəkdi.

Birinci Qarabağ savaşında cəbhəyə öz vəzifə borcunu yerinə yetirməyə yollanan və amansız müharibədə vuruşaraq qəhrənmalıq dastanına çevrilən Sumqayıtlı şəhid Samir Məhərrəmovun mövludu qeyd edilib. Sumqayıt şəhər Poeziya evində təkşil edilən tədbirdə, nur üzlü şəhidimizin ailə üzvləri ilə yanaşı, qohumları, dostları və şəhər ictimayənin nümayəndələri yaxından iştirak ediblər.

Çıxışlarda vurğulanıb ki, əslən Zəngilan rayonundan olan Samir Məhərrəmov Sumqayıt şəhər 31 saylı tam orta məktəbi bitidikdən sonra, 49 saylı texniki-peşə məktəbində təhsilini davam etdirib. Cəmi 19 yaşı olarkən ordu sıralarına yazılıb. Kəşfiyyat bölüyündə xidmət edən Samir qısa vaxt ərzində hərbinin sirlərinə yiyələnib. 78 nəfərlik heyyətlə düşmən mühasirəsinə düşən Samir Məhərrəmov 1993-cü Yanvar ayının 20-də Laçın rayonunun Hoçaz yüksəkliyində döyüş tapşırığını yerinə yetirərkən  qəhrəmancasına şəhid olub.  

Tədbirdə şəhidin əmisi Malik Məhərrəmov çıxış edərək Samirlə bağlı xatirələrindən , vətəni üçün necə layiqli övlad olmasından ətraflı bəhs edib. Digər çıxışlarda həm birinci , həmdə ikinci Qarabağ müharibəsində igid oğullarımızın qəhrəmanlığından danışılıb. 
Məlumat üçün bildirək ki, Samir Məhərrəmov Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn edilib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar