Yaşasaydı 26 yaşını qeyd edəcəkdi Şəhid Baş leytenant Hüseyn Nəcəfzadə …-FOTO/VİDEO
11-10-2023, 14:47459
2022-ci il sentyabr hadisələrində şəhid olan Baş leytenan Hüseyn Nəcəfzadənin Abşeron rayonun Saray qəsəbəsində mövlüdu keçirilib.
Den.az xəbər verir ki, mərasimdə şəhidin yaxınları ilə yanaşı,Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri ,şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, təhsil işçiləri və şəhid ailə üzvləri iştirak ediblər.
Qəhrəman zabitin ailə üzvlərinin ürək sözləri dinlənilib, qayğıları öyrənilib. Çıxış edənlər bildiriblər ki, 2022-ci ilin Sentyaberın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Təxribat nəticəsində Azərbaycan-Ermənistan sərhədində sərhəd toqquşması baş verib. Döyüşlərdə Quru Qoşunlarının "Komando" briqadasının hərbçisi kimi iştirak edən Hüseyn Nəcəfzadə 16 sentyabr 2022-ci ildə Kəlbəcər rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Həmin ilin 17 sentyabr tarixində nəşi doğulduğu Abşeron rayonunun Saray qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında dəfn edilib.Tədbirdə şıxış edənlər şəhid ailələrinə yüksək diqqət və qayğısından söz açaraq, bu həssaslığın bütövlükdə cəmiyyətimiz üçün örnək təşkil etdiyini deyib. Bildirilib ki,son üç ildə Şəhidlər Xiyabanını, eləcə də, respublikamızın hər yerində 20 Yanvar şəhidləri abidələrini ziyarətlərimiz yeni məzmun qazanıb. Bəli, artıq qərənfillər Azərbaycanda xarıbülbül qoxuyur... Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Qarabağın simvol şəhəri, Mədəniyyət paytaxtımız Şuşanın azad edilməsi müjdəsini bütün Dünya Azərbaycanlılarına məhz Şəhidlər Xiyabanından duyurdu. Biz böyük fəxarət, qürur hissi ilə bir daha vurğulayırıq ki, əziz Şuşanın işğaldan azad edilməsi, 44 günlük müharibədəki tarixi Zəfərimiz bütün şəhidlərimizin ruhunu şad edib!
Qarabağda, Şərqi Zəngəzurda aparılan quruculuq işləri, erməni vandalizminin Azərbaycan quruculuq, abadlıq mədəniyyəti ilə əvəzlənməsi xalqımızın, Azərbaycan dostlarının qüruru, sevincidir. Şəhid zabitimiz məhz haqq işi uğrunda, ədalət uğrunda əlinə silah alıb, şəhadət şərbəti içib. Bildirilib ki, yaşasaydı Hüseyn 26-I yaşını qeyd edəcəkdi. Şəhidin mövludunda duyğulu anlar yaşanıb.
Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin Sərəncamları Hüseyn Nəcəfzadə bir sıra medallarla təltif edilib.
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.