Avropa artıq ABŞ-a arxalana bilməyəcəyini etiraf edib. Bu barədə The National Interest yazır.
Məqalədə xatırladılır ki, altı il əvvəl Fransa Prezidenti Emmanuel Macron Avropanın NATO üzrə müttəfiqlərini qorumaq məsələsində artıq Amerikaya güvənə bilməyəcəyi barədə xəbərdarlıq etmişdi.
“Avropa nəhayət ki, Makronun özünü strateji geosiyasi güc kimi görməyə başlamağın vacibliyi ilə bağlı çağırışlarına qulaq asdı”, — deyə materialda qeyd olunur.
Yazıda vurğulanır ki, dekabrda keçirilən Avropa İttifaqı sammiti “dönüş nöqtəsi” olub və bu, Ukraynanın mümkün süqutu perspektivi ilə əlaqələndirilib.
ABŞ-ın National "Security Service"nin qiymətləndirməsinə görə, nəşrin müəllifinin yazdığı kimi, Avropanın Rusiya ilə münasibətləri “kəskin şəkildə pisləşib”. Qeyd olunur ki, bu münasibətlərin tənzimlənməsi üçün “ABŞ-ın əhəmiyyətli diplomatik iştirakı” zəruri olacaq.

