ABŞ-ın “The American Conservative” jurnalı Ukrayna prezidenti Volodimir Zelenskinin artan təzyiqlərlə üzləşdiyini yazıb.
Məqalədə qeyd olunur ki, təzyiq təkcə ABŞ tərəfindən seçkilərin keçirilməsi tələbi ilə deyil, həm də ictimai rəy sorğularının nəticələri ilə bağlıdır.
“Cəmiyyət korrupsiya, qalmaqallar və artan avtoritarizm görür. Dörd illik dağıntı fonunda qələbə, NATO üzvlüyü, Aİ-yə sürətli inteqrasiya və ərazilərin qaytarılması ilə bağlı vədlər itib. Nəticədə Zelenskiyə etimad azalır,” — deyə nəşr yazır.
Eyni zamanda, məqalədə vurğulanır ki, Rusiya neftinə qarşı sanksiyaların tədricən zəiflədilməsi Moskvanın mövqelərini gücləndirir.
Bu isə Kiyev üçün vəziyyəti daha da çətinləşdirir.

