İsrail prezidenti İsxak Hersoq Astana şəhərinə getmək üçün Türkiyə üzərindən uça bilməyib. Bu barədə mülki aviasiya portalı HavasosyalMedya məlumat yayıb.
Bildirilib ki, nəticədə prezident marşrutunu dəyişməyə məcbur olub və təyyarə Avropa və Rusiya üzərindən hərəkət edib.
Qeyd olunur ki, Təl-Əvivdən Astanaya uçuş səkkiz saat davam edib.
Eyni zamanda vurğulanır ki, Türkiyə və İsrail arasında əlaqələr hazırda yalnız xüsusi xidmət orqanları səviyyəsində saxlanılır. İki ölkə arasındakı münasibətlər Qəzza sektorundakı müharibə səbəbindən kəskinləşib.

