Avropa İttifaqında Ukraynanın üzvlüyü ilə bağlı korrupsiya səviyyəsinə görə ciddi narahatlıqların olduğu bildirilir.
Financial Times-ın daxili mənbəyə istinadən yazdığına görə, bəzi Aİ rəsmiləri yüksək korrupsiya göstəricilərinin Ukraynanın ittifaqa qəbulunu çətinləşdirə biləcəyini düşünür.
Nəşrin mənbəsi həmçinin Aİ daxilində genişlənmə məsələsində fikir ayrılıqlarının dərinləşdiyini qeyd edib. Bildirilir ki, bəzi üzv dövlətlər yeni ölkələrin qəbulunun ittifaqın institusional və maliyyə imkanlarına əlavə yük yaradacağından ehtiyat edirlər.
Məqalədə Ukraynanın korrupsiya göstəricilərinin də üzvlük müzakirələrində əsas problemlərdən biri kimi qiymətləndirildiyi vurğulanır.

