ABŞ Prezidenti Donald Tramp ölkənin enerji sisteminə qarşı ciddi riskləri əsas gətirərək fövqəladə vəziyyət rejimi tətbiq edib.
Ağ Evin yaydığı fərmana əsasən, strateji enerji infrastrukturunda xarici mənşəli avadanlıq və proqram təminatının istifadəsinə məhdudiyyətlər qoyulur.
Tramp bildirib ki, təhlükə həm ayrı-ayrı əməliyyatlar, həm də ümumi təchizat zənciri səviyyəsində mövcuddur və buna görə enerji avadanlıqlarının təhlükəsizliyi, bütövlüyü və etibarlılığını qorumaq üçün əlavə tədbirlər tələb olunur.
Yeni qaydalara əsasən, vətəndaş və şirkətlərin kibertəhlükə yarada biləcək xarici rəqəmsal komponentləri alması və quraşdırması məhdudlaşdırılır.
Qadağalar yüksək gərginlikli transformatorlar, generatorlar, rele mühafizə qurğuları, həmçinin akkumulyator və günəş panelləri üçün invertorları da əhatə edir.

