ABŞ Prezidenti Donald Tramp bu dəfə siyasi açıqlaması ilə deyil, görünüşündəki qəfil dəyişikliklə diqqət mərkəzinə düşüb.
İllərdir özünəməxsus sarı saçları ilə tanınan Tramp Nyu-Cersiyə səfəri zamanı kameralar qarşısına xeyli tünd, qəhvəyi çalara yaxın saç rəngi ilə çıxıb. Yeni görünüş sosial şəbəkələrdə dərhal müzakirə mövzusuna çevrilib.
Saç rəngindəki bu kəskin dəyişiklik Trampın illərdir müzakirə olunan parik istifadə edib-etmədiyi ilə bağlı iddiaları da yenidən gündəmə gətirib. Lakin Ağ Ev yeni görünüşün səbəbi ilə bağlı açıqlama verməyib. Tramp isə daha əvvəl də parik taxması ilə bağlı iddiaları rədd edib.
Denmedia.az

