Rusiyanın “Alrosa” şirkəti dəyəri 1,5 milyon dollardan çox olan ürək formalı, lavanda rəngli nadir brilyantı satışa çıxarmağa hazırlaşır.
Bu barədə TASS agentliyinə Yakutiyanın rəhbəri Aysen Nikolayev məlumat verib.
Onun sözlərinə görə, 125,43 milyon rubl dəyərində qiymətləndirilən brilyant oktyabrın 22-də Yekaterinburqda təqdim olunacaq.

“Brilyant investisiya daşlarının satışı proqramı çərçivəsində satışa çıxarılacaq. Şirkət müvafiq qiymətləndirmə aparacaq”, – deyə Nikolayev bildirib.
Mütəxəssislərin sözlərinə görə, 2020-ci ildə Avstraliyadakı “Argyle” almaz mədəninin bağlanmasından sonra iri çəhrayı brilyantlara maraq xeyli artıb.
Fancy Color Research Foundation təşkilatının məlumatına əsasən, 2005-ci ildən bu cür qiymətli daşların qiymət indeksi 390 faiz yüksəlib.
RR nəşri isə lavanda rəngli brilyantı 2026-cı ilin ən diqqətçəkən qiymətli daşı adlandırıb.

