Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbində Azərbaycan xalqının mənəvi dünyasını, milli düşüncə tərzini, məfkurəsini, folklorunu, milli varlığını bütün zənginliyi ilə özündə ifadə edən Novruz bayramına həsr olunan "Bahar təravətli Novruz" tədbiri keçirilib.
Bu barədə Den.az-a sözü gedən ümumtəhsil məktəbindən məlumat verilib.
Keçirilən tədbirdə direktor Mahur Hüseynova hər kəsi Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edib.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı qələbə qazandığımız Vətən Müharibəsindən sonra xalqımız Novruz bayramını artıq daha böyük coşqu ilə, daha möhtəşəm qeyd edir. Şəhidlərimizin, qazilərimizin və ümumilikdə ordumuzun qəhrəmanlığı sayəsində bu gün bütöv Azərbaycanda, işğaldan azad olunan torpaqlarımızda bayram tonqalları qalanır, şənliklər keçirilir.
Daha sonra şagirdlərin bir birindən maraqlı çıxışları olub.
Abşeronun bu ümumtəhsil məktəbində "Bahar təravətli Novruz" adlı möhtəşəm tədbir keçirilib-FOTOLAR

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.