ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran açıq şəkildə bunun əksini desə də, Vaşinqtondan danışıqlara başlamağı xahiş edir.
Tramp “Truth Social” platformasında yazıb ki, tərəflər İranın onilliklər ərzində yaratdığını iddia etdiyi problemi müzakirə edirlər. ABŞ lideri bir daha vurğulayıb ki, İranın nüvə silahı əldə etməsinə imkan verilməyəcək.
Tramp belə deyib:
“Onlar görüş istəyirlər, bəzilərinin ifadəsi ilə desək, yalvarırlar. Danışıqlar başlayır və yaxın gələcəkdə onların davamı planlaşdırılır. Amma buna baxmayaraq, açıq şəkildə heç bir məsləhətləşmə aparmadıqlarını, heç nə müzakirə etmədiklərini və yalnız Omanla əlaqədə olduqlarını deyirlər.”

