İsrailin Livanın cənubundakı Tibnin yaşayış məntəqəsinə endirdiyi aviazərbə nəticəsində ən azı 1 nəfər həyatını itirib, 11 nəfər yaralanıb.
Livanın NNA agentliyinin məlumatına görə, mərmi qəbiristanlıq ərazisinə düşüb.
Zərbədən sonra qəbiristanlıqda yanğın baş verib. Dağıntıların miqyası barədə əlavə məlumat verilməyib.

