Səudiyyə Ərəbistanı ölkəyə qarşı mümkün hücumların hazırlandığına dair kəşfiyyat məlumatları əldə edib.
“Al Arabiya” məlumatlı mənbəyə istinadən xəbər verir ki, söhbət Yəmən husiləri, İraqdakı silahlı qruplar və İran İslam İnqilabı Keşikçiləri Korpusunun koordinasiyalı hücum hazırlığından gedə bilər.
Mənbənin sözlərinə görə, əldə olunan məlumatlar raket və pilotsuz uçuş aparatlarının hərəkətinin müşahidə edildiyini, bunun isə mümkün eyni vaxtlı hücumlara hazırlıqla bağlı ola biləcəyini göstərir.
Potensial hədəflər arasında mülki və enerji obyektləri, kritik infrastruktur, hava limanları və limanlar göstərilir.
Mənbə əlavə edib ki, Səudiyyə Ərəbistanı hər hansı təcavüz halında lazımi cavab tədbirlərini görməkdə tərəddüd etməyəcək.

