ABŞ dövlət katibi Marko Rubio Vaşinqton adından Ukraynanı Müstəqillik Günü münasibətilə təbrik edib və ölkəsinin Ukraynanın suverenliyinə sadiqliyini vurğulayıb.
Rubio bildirib ki, ABŞ Ukraynanın suverenliyini dəstəkləyir və Rusiya-Ukrayna müharibəsinin danışıqlar yolu ilə həllinə nail olmaq üçün səylərini davam etdirir. Onun sözlərinə görə, məqsəd uzunmüddətli və davamlı sülhün təmin edilməsidir.
Dövlət katibi əlavə edib ki, Ukraynanın Müstəqillik Günündə Vaşinqton iki ölkə arasında iqtisadi və müdafiə əlaqələrinin gücləndirilməsinə, həmçinin sülh və rifaha aparan yolun açılmasına sadiqliyini bir daha təsdiqləyir.

