Rusiyanın Xabarovsk şəhərində it ovçuları yenidən fəallaşıb. Məlumata görə, mart ayının əvvəlindən bəri artıq üç it zəhərlənərək ölüb. Bu barədə SHOT Proverka Telegram kanalı məlumat yayıb.
Bildirilir ki, naməlum şəxslər küçələrə qiymə bükülmüş paketlər atırlar. Ehtimal olunur ki, həmin qiyməyə siçan zəhəri və ya heyvanlar üçün çox təhlükəli olan izoniazid maddəsi qatılıb.
Zəhərlənən itlərdən biri Qreysi adlı biql cinsli it olub. Məlumata görə, 11 yaşlı məktəbli iti ilə Jeleznodorojni rayonunda gəzintidən qayıtdıqdan sonra heyvanın vəziyyəti qəfil pisləşib. İtdə qıcolma, qusma və ağızdan köpük gəlməsi başlayıb, sonra isə ayaqları iflic olub.
İt baytarlıq klinikasına aparılarkən yolda ölüb və hadisə uşağın gözü qarşısında baş verib. Yaşadığı stress səbəbindən məktəbliyə psixoloq yardımı göstərilib.
Digər it sahibləri isə bildirirlər ki, doghanterlərin atdığı zəhərli yemlərdən ən azı 10 heyvan zərər çəkə bilər. Təhlükəli paketlər əsasən Vıborqskaya küçəsi və Karl Marks prospekti ətrafında tapılır.
Hazırda it sahibləri küçələrdəki zəhərli yemləri toplamağa başlayıblar və hadisə ilə bağlı polisə kollektiv müraciət hazırlayırlar.

