Keniyanın Samburu dairəsində göyərtəsində 7 turistin olduğu helikopter qəzaya uğrayıb. Bu barədə “The Star” qəzetinə polis məlumat verib.
Qəza Kirish yaşayış məntəqəsi yaxınlığında, Ololokve dağının ətəyində baş verib. Şahidlərin sözlərinə görə, hadisə yerində tüstü və yanğın müşahidə olunub.
Xilasetmə xidmətləri və yerli sakinlər hadisə yerinə cəlb edilib. Lakin dağlıq relyef xilasetmə işlərini çətinləşdirir.
Polis göyərtədə olan şəxslərin vətəndaşlığını açıqlamayıb. Qəzanın səbəbləri araşdırılır. Xilasetmə əməliyyatına qoşulmaq üçün əraziyə daha bir helikopter göndərilib.

