"Əl-Nəsr” azlıqda qalmasına və ilk hissəni 0:2 hesabı ilə məğlub başa vurmasına baxmayaraq, “Əl-İttifaq” üzərində 3:2 hesablı əzmkar qələbə qazanıb.
Matç “Əl-Nəsr” üçün olduqca uğursuz başlayıb. Komandanın qapıçısı 11-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub, rəqib isə fasiləyədək iki dəfə fərqlənib.
Komanda yoldaşlarının oyunundan narazı qalan kapitan Kriştianu Ronaldu fasilədə baş məşqçi Angelos Postekoğlu tərəfindən əvəzlənib.
İkinci hissədə isə oyunun ssenarisi tamamilə dəyişib. Sadio Mane dubl edib, Joao Feliks isə iki məhsuldar ötürmə verib və “Əl-Nəsr” 0:2 hesabından geri dönərək 3:2 hesablı qələbəyə nail olub.
Matçdan sonra futbolçular qələbəni tribunadakı azarkeşlərlə qeyd etsələr də, Ronaldu onların arasında olmayıb.
Portuqaliyalı ulduz bunu növbəti qarşılaşmaya hazırlaşmaq üçün bərpa prosesinə ehtiyacı olması ilə izah edib. Ronaldu, həmçinin komandaya istənilən rolda kömək etməyə hazır olduğunu bildirib.

