Portuqaliya millisinin və “Əl-Nəsr” klubunun kapitanı Kriştiano Ronaldonun Ər-Riyad şəhərində muzeyi açılıb.
“Den.az” xəbər verir ki, bununla bağlı məlumatı futbolçunun özü sosial şəbəkədə yayıb.
38 yaşlı portuqaliyalı futbolçu karyerasının ən mühüm anlarını əks etdirən ən müasir qalereyanın yer aldığı muzeyi ilk ziyarət edənlərdən olub.
Muzeyin təqdimatı Səudiyyə Ərəbistanı çempionatında Ronaldonun daha bir parlaq oyunundan sonra baş tutub. Belə ki, “Əl-Nəsr” komandası “Əl-Oxdodu” 3:0 hesabı ilə məğlub edib. Portuqaliyalı forvard isə dubl edib.
Bu performans Kriştianoya parlaq karyerasında daha bir rekord vurmağa kömək etdi. O, 2023-cü ildə Əl Nəsr və Portuqaliya üçün 48 qol və 13 məhsuldar ötürmə ilə 60+ xal həddinə çatıb. Ronaldo tarixində 10-cu dəfə bu rekorda imza atıb.
Ronaldonun Ər-Riyadda muzeyi açılıb - FOTO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.