Dünya bazarlarında neft qiymətləri yüksəlib. Bu barədə “Reuters” məlumat yayıb.
Bugünkü göstəricilərə əsasən, Brent markalı neftin bir barreli 81,62 dollar, ABŞ-ın WTI markalı xam neftinin bir barreli isə 78,18 dollar səviyyəsində olub.
Qiymət artımına əsas səbəb kimi Yaxın Şərqdə geosiyasi gərginliyin davam etməsi və enerji tədarükü ilə bağlı narahatlıqlar göstərilir.
Bazar iştirakçıları xüsusilə Hörmüz boğazı ətrafında vəziyyəti, ABŞ-İran münasibətlərini və bölgədə mümkün tədarük risklərini diqqətlə izləyirlər.
Analitiklərin fikrincə, geosiyasi gərginlik davam edərsə, neft bazarında volatillik bir müddət daha yüksək qala bilər.

