Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik tərkibli bitkilər yetişdirməkdə şübhəli bilinən 61 yaşlı Telman Hüseynov saxlanılıb.
DİN-in Mətbuat xidmətindən Denmedia.az-a verilən məlumata görə, əvvəllər dəfələrlə məhkum olunmuş şəxsin yaşadığı evin həyətindən 140 ədəd narkotik tərkibli kol, evindən isə narkotik vasitələr aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

