Payız-qış mövsümündə isinmək üçün ən yaxşı içki isti çay, kompot və süd deyil, məhz toyuq bulyonudur.
Denmedia.az xəbər verir ki, bu barədə terapevt Andrey Kondraxin RT-yə açıqlamasında bildirib.
“Bulyondan həm istilik, həm də zülal alırıq. O, həm yüngül, həm də tez doyuran məhsuldur. Bulyon həm bədəni isidir, həm də enerjini bərpa edir. Bu, isinmək üçün tapıla biləcək ən ideal vasitədir,” – deyə həkim vurğulayıb.
O əlavə edib ki, qəhvə bədəni isindirmək üçün yararlı deyil, çünki bu içki orqanizmi susuzlaşdırır, halbuki bədəni isindirmək üçün əksinə, daha çox maye lazımdır.