Kivinin qabığı ilə birlikdə istehlakı orqanizm üçün son dərəcə faydalıdır. Bu barədə diyetoloq Nikola Ladla-Reyn və nutrisoloq Riannon Lambert Daily Mail nəşrinə açıqlamasında bildiriblər.
Mütəxəssislərin sözlərinə görə, kivi lif, C vitamini, polifenollar və kaliumla zəngindir, bu isə qarında köpü azaltmağa və bağırsaqların fəaliyyətini yaxşılaşdırmağa kömək edir.
Lambert qeyd edib ki,
“Kivi qida maddələri ilə zəngin olan, lakin dəyəri kifayət qədər bilinməyən meyvələrdən biridir.”
Yuxu, əhval və dəri üçün də faydalıdır
Alimlər bildiriblər ki, kivinin müntəzəm qəbulu yuxu keyfiyyətini və əhvalı yaxşılaşdırır, yüksək C vitamini tərkibi isə dərinin sağlamlığına müsbət təsir göstərir.
Mütəxəssislər meyvəni istehlak etməzdən əvvəl yaxşıca yumağı və onu salatlara və ya smuzilərə əlavə etməyi tövsiyə ediblər.

