Uşaqların heyvanlara və ya özlərindən yaşca kiçiklərə qarşı qəddarlıq göstərməsi narahatedici siqnaldır. Bu barədə Readovka.newsa açıqlamasında psixoloq, şüuraltı ilə iş üzrə ekspert Anastasiya Valuyeva bildirib. Onun sözlərinə görə, tək-tək hallarda bu cür davranış sadəcə uşağın dünyanı və sərhədləri yoxlaması ola bilər.
Psixoloq vurğulayıb ki, məhz sistemli və təkrarlanan qəddarlıq ciddi təhlükə əlamətidir. O, həmçinin empatiyanın və günah hissinin olmamasına, zərər vurduqdan sonra peşmançılığın hiss edilməməsinə, impulsiv qəzəb partlayışlarına və sosial normaların davamlı pozulmasına diqqət yetirilməli olduğunu qeyd edib.
Valuyevanın sözlərinə görə, bu cür davranışın səbəbləri arasında davranış və bağlanma pozuntuları, DEHB (diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu), posttravmatik stress pozuntusu və depressiya ola bilər. Bu xüsusiyyətlər aqressiv davranışın formalaşması riskini artırır.

