Anonim milyarder tərəfindən maliyyələşdirilən R3 Bio startapı beyinsiz insan klonları vasitəsilə ömrün uzadılması texnologiyası üzərində işləyir. Bu barədə Futurism nəşri məlumat yayıb.
Şirkətin qurucusu biotex sahibkarı Con Şlendorn bir neçə ildir ki, insan bədəninin dəyişdirilməsi ideyasını araşdırır və bu layihə üçün investor axtarırdı.
Onun konsepsiyasına görə, beyinsiz klonlar yaşlı insanlar və ya ölümcül xəstələr üçün “ehtiyat bədən” kimi istifadə oluna bilər. Həmçinin bu klonların tibbi eksperimentlərdə tətbiqi də nəzərdə tutulur.
Lakin mütəxəssislər layihənin həm etik tərəflərini, həm də praktik həyata keçirilməsini ciddi şəkildə şübhə altına alır. Hazırda R3 Bio yalnız gəmiriciləri klonlaşdırmağa nail olub, insanın tam klonlaşdırılması isə hələ heç kimə mümkün olmayıb.

