Süd və turş süd məhsullarından sonra yaranan köp, qarın ağrısı və ishal hər zaman laktoza dözümsüzlüyü ilə bağlı olmur. Bu əlamətlər bağırsaq iltihabı və ya mikrofloranın pozulmasından da qaynaqlana bilər.
Qastroenteroloq və hepatoloq Sergey Vyalov NSN-ə açıqlamasında bildirib ki, belə narahatlıq yaşayan şəxslər özbaşına diaqnoz qoymaq əvəzinə həkimə müraciət etməli və müayinədən keçməlidirlər.

Onun sözlərinə görə, pendir və kefir kimi məhsullarda laktozanın miqdarı azdır — 100 qram məhsulda təxminən 0,5 qram. Buna görə turş süd məhsullarından sonra köp, ağrı və ya ishal yaranması bağırsaq xəstəliklərinin əlaməti ola bilər.

Mütəxəssis qeyd edib ki, laktoza dözümsüzlüyü barədə son illərdə daha çox danışılması diaqnostika imkanlarının genişlənməsi ilə bağlıdır. Onun sözlərinə görə, bu problemin dünyada yayılma səviyyəsi 3 faizə qədərdir.

