Osteoxondrozu tamamilə aradan qaldırmaq mümkün olmasa da, müalicəvi gimnastika və kinezioterapiya vasitəsilə vəziyyəti yüngülləşdirmək olar.
Nevroloq Yevgeni Latıpov “MK v Çite” nəşrinə açıqlamasında bildirib ki, bu problemlə üzləşən insanlar həddindən artıq fiziki yüklərdən uzaq durmalıdırlar.
Mütəxəssisin sözlərinə görə, osteoxondroz onurğanın bağ aparatında, fəqərəarası oynaqlarda və disklərdə baş verən struktur dəyişiklikləridir və gec-tez demək olar ki, hər bir insanda yaranır.
Bəzi insanlarda bu vəziyyət fiziki gərginlikdən və ya uzun müddət narahat vəziyyətdə qalmaqdan sonra yüngül ağrı ilə özünü göstərir. Digərlərində isə kəskinləşmə və yaşla bağlı dəyişikliklər zamanı güclü ağrılar yarana bilər.

