TLC ekranlarında yayımlanan “Family by the Ton” proqramı ilə tanınan Casey King illər ərzində inanılmaz dəyişiklik keçirib. 2018-ci ildə verilişə qatıldığı zaman təxminən 381 kilo olan King hazırda 111 kiloya qədər arıqlayıb.
Beləliklə, o, təxminən 272 kilo çəki itirib.
Kingin arıqlama prosesi təxminən 7 il davam edib. 2019-cu ildə bariatrik əməliyyat keçirən televiziya siması bundan sonra da çəki verməyə davam edib.
O, verilişdə həyatının ən ağır dövründə gündəlik fəaliyyətləri belə yerinə yetirməyin çətin olduğunu danışmışdı. King çəkisi səbəbindən adi vannaya və duş kabinəsinə sığmadığını, buna görə şəxsi gigiyenasını həyətdəki böyük su qabında təmin etdiyini bildirmişdi.

King orta məktəbi bitirəndə təxminən 136 kilo olduğunu, sonrakı illərdə çəkisinin sürətlə artdığını deyib. Bir müddət restoranlarda işlədikdən sonra işdən ayrılıb atasının yanına köçüb və bu dövrdə 381 kilo ilə həyatının ən yüksək çəkisinə çatıb.
Onun hekayəsində ən diqqətçəkən məqamlardan biri isə keçmişdə gələcəyinə münasibətidi.

Casey King 40 yaşına çatanda hələ də həyatda olacağını düşünmədiyini etiraf edib.

