nsan daim məzuniyyət günlərini gözləyərək yaşayırsa, bu, gündəlik həyat rejiminə yenidən nəzər salmağın vaxtının çatdığını göstərə bilər. Psixoloq Laura Qonsales Martines bu barədə “El Confidencial” nəşrinə danışıb.
Mütəxəssisin sözlərinə görə, bir neçə günlük istirahəti səbirsizliklə gözləmək tamamilə normaldır. Lakin məzuniyyət insanın özünü yaxşı hiss etdiyi yeganə dövrə çevrilirsə, bu, diqqət yetirilməli siqnal ola bilər.
Belə vəziyyətdə psixoloq gündəlik həyatın hansı tərəflərinin insana daha az məmnunluq verdiyini müəyyənləşdirməyi tövsiyə edir. Eyni zamanda, yalnız məzuniyyət zamanı deyil, adi günlərdə də insanın özünü yaxşı hiss etməsinə kömək edən fəaliyyətlərə vaxt ayırmaq vacibdir.

Martines bunun üçün böyük dəyişikliklərə ehtiyac olmadığını bildirib. Qarşıya real və əldə edilə bilən məqsəd qoymaq, vaxtilə zövq verən, lakin sonradan unudulan vərdişlərə yenidən qayıtmaq gündəlik həyatı daha məmnun və balanslı etməyə kömək edə bilər.

