Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin təşkilatçılığı ilə Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 20 illiyinə həsr edilmiş "Respublika Hüquq Olimpiadası" keçirilmişdir.
Den.az xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ərəfəsində keçirilən Olimpiada bu formatda hüququn bütün əsas sahələrini əhatə edən Olimpiada olaraq respublikamızda ilk dəfədir ki, keçirilir.
Respublika Hüquq Olimpiadasının açılış mərasimində çıxış edən BDU-nun Hüquq fakültəsinin dekanı Zaur Əliyev Heydər Əliyev Fondunun 20 illiyinə həsr edilmiş və ölkəmizdə ilk dəfə keçirilən Olimpiadanın Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ərəfəsində keçirilməsinin xüsusi əhəmiyyətini vurğulayaraq, hüquq islahatlarının banisinin məhz xalqımızın Ümummilli Lideri olduğunu qeyd etmişdir. Ümummilli Lider Heydər Əliyevin bugünkü uğurların və qələbələrin möhkəm təməlini qoyduğunu xüsusi vurğulayan dekan, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusunun qısa müddət ərzində işğal altında olan torpaqları azad etdiyini, bu gün bilavasitə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında böyük quruculuq və abadlıq işlərinin həyata keçirildiyini bildirmişdir. "Ulu Öndərimizin adını daşıyan Heydər Əliyev Fondunun fəaliyyətə başlamasından 20 il ötür. Fond Ümummilli Liderimizin adını ləyaqətlə daşıyır, onun xeyirxahlıq missiyasını Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında uğurla davam etdirir. 20 il ərzində Mehriban xanımın rəhbərliyi altında Heydər Əliyev Fondu çox böyük işlər görüb, böyük layihələr həyata keçirib. Heydər Əliyev Fondunun əsas istiqamətlərindən biri də məhz təhsilin inkişafı, təhsilin dəstəklənməsidir. Bu illər ərzində Fond tərəfindən yüzlərlə məktəb tikilib. Ən ucqar dağ kəndlərində belə yeni texnologiyalarla təchiz olunmuş məktəb və bağçalar istifadəyə verilib. Eyni zamanda Heydər Əliyev Fondu fəal şəkildə gəncləri dəstəkləyib. Yüzlərlə gəncimiz məhz Fondun dəstəyi ilə müxtəlif xarici ölkələrdə nüfuzlu ali təhsil müəssisələrində təhsil alaraq peşəkar mütəxəssis kimi formalaşıb. Bu gün həmin şəxslər öz Vətəninə xidmət edir. Bir daha Heydər Əliyev Fondunun rəhbərliyinə öz təşəkkürümü bildirirəm", - deyə dekan Zaur Əliyev bildirib.
Olimpiadanın açılış mərasimində Vəkillər Kollegiyasının İxtisas komissiyasının sədri Turqay Hüseynov, Kollegiyanın üzvləri, Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, Ədliyyə Nazirliyinin idarə rəisi Aynur Sabitova, müxtəlif ali təhsil müəssisələrinin professor-müəllim heyəti və tələbələri iştirak etmişlər. Münsiflər heyətinin tərkibi - Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvləri Ruslan Vəliyev, Sevinc Əliyeva və Rəşad Səfərov iştirakçılara təqdim edilmişdir. Olimpiadada hər komandada 5 nəfər olmaqla, 7 komanda (Milli Aviasiya Akademiyası, Bakı Dövlət Universiteti, ADA Universiteti, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası, Dövlət Gömrük Komitəsinin Akademiyası, Polis Akademiyası, Naxçıvan Dövlət Universiteti) şəklində hüquqşünaslıq ixtisası üzrə bakalavr səviyyəsində təhsil alan tələbələr iştirak etmişlər. Olimpiada 2 mərhələdən ibarət olmuşdur. 1-ci mərhələdə komandalar hüququn əsas sahələri (beynəlxalq hüquq, konstitusiya hüququ, cinayət hüququ və mülki hüquq) üzrə sualları cavanlandırmışlar. Ümumi nəticəsi yüksək olan 4 komanda (Bakı Dövlət Universiteti, Polis Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Milli Aviasiya Akademiyası) 2-ci mərhələdə iştirak etməyə haqq qazanmışdır. Final mərhələsi olan 2-ci mərhələdə isətəqdim olunan müvafiq hüquq sahələri üzrə kazuslar komandalar tərəfindən həll edilmişdir. Yekunda ən yüksək bal toplayan Milli Aviasiya Akademiyasının komandası münsiflər heyəti tərəfindən qalib elan edilmişdir. 2-ci yeri eyni nəticə ilə Bakı Dövlət Universiteti və Polis Akademiyası komandaları bölüşmüş, Dövlət İdarəçilik Akademiyasının komandası isə 3-cü yeri tutmuşdur. Respublika Hüquq Olimpiadasında iştirak etmiş komandalar müvafiq hədiyyə, sertifikatlar və diplomlarla mükafatlandırılmışlar.
Olimpiadanın tərəfdaşları qismində “Mirzəyev və partnyorları” hüquq şirkəti, “Civillex” konsaltinq şirkəti, “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosu, “VLM və partnyorları” hüquq şirkəti, “Vəkil Adəm Məmmədov – hüquqi xidmətlər” hüquq şirkəti çıxış etmişlər.
Şahnaz Əliyeva
Den.az
Azərbaycanda İLK: Respublika Hüquq Olimpiadası keçirildi-FOTOLAR

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.