“Elveda Rumeli”, “Vatanım Sensin” və “Kabadayı” kimi məşhur layihələrlə tanınan Hare Sürel uzun müddətdir birlikdə olduğu müəllim Oğuz Erdinlə ailə qurub.
Cütlüyün nikah mərasimi İstanbulun Kuruçeşme bölgəsində keçirilib. Sadə və səmimi təşkil olunan mərasimdə yalnız ailə üzvləri və yaxın dostlar iştirak ediblər.
43 yaşlı aktrisa mərasimdə sadə gəlinlik seçimi ilə diqqət çəkib. Nikahdan sonra cütlüyün xoşbəxt anları sosial şəbəkələrdə paylaşılıb.
Hare Sürelin paylaşımı qısa müddətdə minlərlə bəyənmə toplayıb, həmkarları və pərəstişkarları isə aktrisanı təbrik ediblər.




