ABŞ Narkotiklərlə Mübarizə İdarəsi (DEA) amerikalı aktrisa Hayden Panettierinin ölümü ilə bağlı araşdırmaya qoşulub. Bu barədə ABC News məsələ ilə tanış mənbələrə istinadən məlumat yayıb.
“Heroes” və “Nashville” seriallarındakı rolları ilə tanınan aktrisa 16 avqustda 36 yaşında Cənubi Karolinanın Qrinvill şəhərində dünyasını dəyişib. Onun ölümü ilə bağlı araşdırmaya Qrinvill Polis Departamenti rəhbərlik edir, DEA isə istintaqa dəstək verir.
Mənbələrin məlumatına görə, hadisə yerinə gələn polis və təcili tibbi yardım əməkdaşları Panettierini huşsuz vəziyyətdə və ürəyi dayanmış halda aşkar ediblər. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Polis hesabatında aktrisanın ölüm zamanı narkotik vasitələrdən və ya alkoqoldan istifadə edib-etmədiyinin məlum olmadığı qeyd olunub. Ölümün rəsmi səbəbi isə əlavə ekspertizaların nəticələrindən sonra müəyyənləşdiriləcək.
Panettieri bir müddət ukraynalı keçmiş boksçu Vladimir Kliçkonun nişanlısı olub.
“Heroes” və “Nashville” seriallarındakı rolları ilə tanınan aktrisa 16 avqustda 36 yaşında Cənubi Karolinanın Qrinvill şəhərində dünyasını dəyişib. Onun ölümü ilə bağlı araşdırmaya Qrinvill Polis Departamenti rəhbərlik edir, DEA isə istintaqa dəstək verir.

Mənbələrin məlumatına görə, hadisə yerinə gələn polis və təcili tibbi yardım əməkdaşları Panettierini huşsuz vəziyyətdə və ürəyi dayanmış halda aşkar ediblər. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Polis hesabatında aktrisanın ölüm zamanı narkotik vasitələrdən və ya alkoqoldan istifadə edib-etmədiyinin məlum olmadığı qeyd olunub. Ölümün rəsmi səbəbi isə əlavə ekspertizaların nəticələrindən sonra müəyyənləşdiriləcək.
Panettieri bir müddət ukraynalı keçmiş boksçu Vladimir Kliçkonun nişanlısı olub. Onların bir qızı var.

