Türkiyəli məşhur aktyor Kerem Bürsinin şəxsi həyatı ilə bağlı yeni iddia gündəmə gəlib. Aktyorun “Çarpıntı” serialında birlikdə rol aldığı həmkarı Lizge Cömertlə eşq münasibəti yaşadığı irəli sürülüb.

Türkiyə mətbuatında yayılan iddialara görə, ikili arasında yaranan yaxınlıq zamanla romantik münasibətə çevrilib. Bürsinin ötən ay keçirdiyi öd kisəsi əməliyyatından sonra onların münasibətinin başladığı iddia olunur.

Kerem Bürsin və Lizge Cömert hələlik yayılan xəbərlərlə bağlı heç bir açıqlama verməyiblər. İkilinin sevgili olduğu barədə iddialar isə maqazin gündəmində maraq doğurub.

