ATV-nin sevilən A.B.İ. serialı yeni mövsüm hazırlıqlarını davam etdirərkən aktyor heyətində mühüm dəyişiklik edilib. Afra Saraçoğlunun layihədən ayrılmasından sonra yeni qadın baş rolun kim olacağı müəyyənləşib.
Birsen Altuntaşın məlumatına görə, Bergüzar Korel A.B.İ. serialının aktyor heyətinə daxil olub.
Kenan İmirzalıoğlu ilə Afra Saraçoğlunun baş rolları paylaşdığı serialda mövsüm finalından sonra baş verən ayrılıq diqqət çəkmişdi. Saraçoğlunun gedişindən sonra onun yerinə kimin gələcəyi maraq doğururdu.

Serialın rejissoru Yağız Alp Akaydın, ssenari müəllifi isə Ertan Kurtulandır. Yeni dəyişiklik olmazsa, ikinci mövsüm çəkilişlərinin avqustun 22-də başlaması planlaşdırılır.
Məlumata görə, mövsüm finalında yalnız ayaqları görünən sirli qadın obrazını məhz Bergüzar Korel canlandırır.

Yeni bölümlərdə bu obrazın Doğanla keçmişdən gələn bir əlaqəsinin üzə çıxacağı bildirilir.
Serialın yeni mövsümdə də daha çox aksiyon yönümlü süjet xətti ilə davam edəcəyi gözlənilir.

