iyl
2023
18:26
298

Sumqayıt şəhərində Azərbaycan polisinin yaranmasının 105 illiyi qeyd edilib FOTO/VİDEO

2 iyl, 2023
18:26
298

Sumqayıt şəhərində Azərbaycan polisinin yaranmasının 105 illiyi qeyd edilib FOTO/VİDEO

Polis işçilərinin peşə bayramı günü münasibəti ilə Sumqayıtda tədbir təşkil olunub.



“Den.az” xəbər verir ki, tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzüb,əbədiyaşar liderin əziz xatirəsinə ehtiramlarını bildiriblər. Sumqayıt Şəhər Polis idarəsinin inzibati binasında davam etdirilən tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq mühafizə orqanları rəhbərləri, polis əməkdaşları və veteranları iştirak edib.Öncə Azərbaycan Respublikasının Daxili İşlər Naziri Vilayət Eyvazovun təbrik məktubu oxunub.Daha sonra Sumqayıt şəhər Polis İdarəsinin rəisi Fəqan Azadəliyev Polis işçilərini bayram münasibəti ilə təbrik edib. 



Qeyd edib ki,Sumqayıt polisi şəhərimizdə baş verən hər cür hüquqazidd əməllərin qarşısını qətiyyətlə alır və bundan sonra daha da qətiyyətlə alacaqdır.Bildirilib ki,1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə əsası qoyulan milli polis ötən dövr ərzində çətin və şərəfli yol keçib. Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan polisinin formalaşmasına, peşəkarlığının artırılmasına daim böyük diqqət və qayğı göstərib. Ulu Öndərin 2 iyul “Polis günü”nün peşə bayramı kimi qeyd olunması barədə 1998-ci il 24 may tarixli Fərmanı məhz bu diqqət və qayğınınbariz təcəssümüdür.Çıxışdan sonra bir neçə polis əməkdaşına  yeni rütbələr təqdim edilib.Sumqayıt şəhər prokuroru Mürvət Həsənov bu günün əhəmiyyətindən danışıb.Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov polis işçilərini əlamətdar gün münasibətilə təbrik edib, respublikada sabitliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, müstəqil dövlətçiliyimizin qorunmasında Azərbaycan polisinin müstəsna xidmətləri olduğunu vurğulayıb.Diqqətə çatdırılıb ki,polisin fəaliyyətini yüksək qiymətləndirən ölkə Prezidenti, Ali Baş Komandan  İlham Əliyevin: “Cinayətkarlığa qarşı mübarizədə polis işçiləri ön cəbhədədir. Bu gün Azərbaycanın uğurlu inkişafında, ölkəmizdə sabitliyin tam şəkildə bərqərar olunmasında, asayişin yüksək səviyyədə qorunması işində polis orqanlarının böyük xidmətləri var. Mən polisin işini yüksək qiymətləndirirəm” ifadəsi Azərbaycan polisinin xidməti vəzifələrini layiqincə  yerinə yetirmələrinə verilən ən yüksək qiymət olmaqla onların işinə yeni stimul verir.Tədbirdə polis orqanlarında səmərəli fəaliyyətinə görə Sumqayıt şəhər Polis İdarəsinin bir qrup əməkdaşına fəxri fərmanlar və pul mükafatları verilib

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar