Sabirabad rayonunda insanların həyatı üçün təhlükənin yarandığı iddia olunub.
Den.az xəbər verir ki, rayonun 5 kəndini işıqla təmin edən Azərişıq ASC-ə məxsus Transformator təhlükəli həddə çatıb.
Ərazidə yaşayan sakinlər iddia edirlər ki, Transformatorun bir tərəfi açıq qalıb. Hətta vəziyyət o yerə çatıb ki, bir neçə dəfə ona toxunan heyvanları tok vuraraq öldürüb.
Mövcud məsələ ilə bağlı dəfələrlə aidiyyatı qurumlara məlumat versələrdə lakin bu günə kimi bir tədbir görən olmayıb.