Kürdəmirdə qan vermə aksiyası keçrilib.
"Den.az" xəbər verir ki, aksiyada rayon içtimayyətinin nümayəndələri fəallıq nümayiş etdiriblər.
Təşkil olunan qanvermə aksiyası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi B. Eyvazov adına Hematologiya Transfuziologiya İnstitutununu nəzdində olan Mərkəzi Qan Bankı və Kürdəmir rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ailə Sağlamlıq Mərkəzində reallaşıb.Aksiyada rayon ictimayyətinin nümayəndələri müəssisə və təşkilatlar təhsil mədəniyyət idarələrinin eləcədə hüquq mühafizə orqanı əməkdaşlarının nümayəndələri iştirak ediblər.Aksiyanın keçrilməsində əsas məqsəd ölkədə qan xəstəliyindən əziyyət çəkən insanlara yardım etmək və onlara dəstək olmaqdan ibarətdir.Səhər saatlarından başlayan aksiyada rayon camaatı fəal iştirak ediblər.Gün ərzində 200 nəfərdən artiq insanın qan verməsi nəzərdə tutulur.Ənənəyə uyğun olaraq hər il rayon camaatı və içtimayyət nümayəndələri qan vermə aksiyalarında yaxından iştirak edirlər və buna görə onların verdikləri qan hər hansı xəstənin şəfa tapmasına vəsilə olduğuna görə qürür hissi keçirdiklərini deyirlər.
Kürdəmirdə 200 nəfərdən artiq insan qan verib-FOTOLAR

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.