ABŞ İranın aktivlərinin dondurulmasının aradan qaldırılmasına razılıq verib, bu barədə Reuters xəbər verir.
Mənbənin məlumatına görə, söhbət xarici banklarda, o cümlədən Qətərdə bloklanmış vəsaitlərdən gedir.
Tehranda bu addım Vaşinqtonla mümkün uzunmüddətli razılaşmaya doğru niyyətin ciddiliyinin göstəricisi və xoşməramlı jest kimi qiymətləndirilir. Bununla belə, ABŞ tərəfindən hələlik rəsmi təsdiq verilməyib.

