İran Prezidenti Məsud Pezeşkian ölkədə internetə çıxışla bağlı məhdudiyyətlərin aradan qaldırılması barədə göstəriş verib. Bu barədə İran KİV-ləri Rabitə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, nazirlik prezidentin internetin bərpası ilə bağlı qərarını alıb.
NetBlocks təşkilatının məlumatına görə, İranda internet bağlantısı ABŞ-İsrailin İrana qarşı hərbi əməliyyatının başladığı vaxtdan bəri, təxminən 90 gündür demək olar ki, iflic vəziyyətdədir.

