İsrailin Baş naziri Benyamin Netanyahu Yerusəlimdə xəstəxanaya yerləşdirilib.
Bu barədə The Times of Israel onun ofisinə istinadən məlumat yayıb.
Baş nazir mayın 25-də, bazar ertəsi axşam saatlarında Hadassa Eyn-Kerem Tibb Mərkəzinə aparılıb.
Netanyahunun dəftərxanasının məlumatına görə, o, stomatoloji müalicə alır. Bununla bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
Nəşr qeyd edir ki, son vaxtlar baş nazirin səhhəti ictimaiyyətin diqqət mərkəzindədir. İsraildə bəzi sakinlər Netanyahunu tibbi məlumatları gizlətməkdə ittiham edirlər.
Xatırlayaq ki, 2023-cü ilin iyulunda baş nazirə kardiostimulyator qoyulub. 2024-cü ilin martında isə o, yırtıq səbəbindən əməliyyat olunub. Kardiostimulyator qoyulduğu vaxt əvvəlcə onun Ramat-Qandakı “Şeba” xəstəxanasında susuzlaşma ilə bağlı müşahidə altında saxlanıldığı bildirilmişdi. Daha sonra klinika əslində ona dərialtı kardiomonitor yerləşdirildiyini açıqlamışdı.

