Çinin cənubundakı Quanqsi-Çjuan Muxtar Rayonunda “Narra” tayfununun gətirdiyi güclü yağışlar və daşqın təhlükəsi səbəbindən təxminən 54 min nəfər təxliyə edilib. Çin Mərkəzi Televiziyasının məlumatına görə, bəzi yaşayış məntəqələrində artıq genişmiqyaslı subasma qeydə alınıb. Reuters də tayfunun Quanqsidə leysan yağışlarına və geniş daşqınlara səbəb olduğunu bildirir.
Rəsmi məlumatlara əsasən, təxminən 61 min nəfər yüksək risk zonasındadır. Dövlət qurumları insan tələfatının qarşısının alınması və maddi ziyanın azaldılması üçün tədbirlər həyata keçirirlər.
Çin hər il yay mövsümündə güclü yağış, tayfun və daşqınlarla üzləşir. Təkcə iyul ayında təbii fəlakətlər səbəbindən təxminən 2,5 milyon insan təxliyə edilmiş, iqtisadi zərər isə 57,15 milyard yuan həcmində qiymətləndirilmişdi.



