Beynəlxalq Cinayət Tribunalları üçün Qalıq Mexanizminin sədri, hakim Qrasiela Qatti Santana Bosniya serbləri ordusunun keçmiş komandanı Ratko Mladiçin ölüm şəraitinin tam araşdırılması barədə göstəriş verib.
Məhkəmənin açıqlamasına görə, araşdırmanın aparılması hakim İan Bonomiyə həvalə olunub.
Ratko Mladiçin avqustun 27-də vəfat etdiyi açıqlanmışdı. O, 2017-ci ildə keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunal tərəfindən Bosniya müharibəsi zamanı törədilmiş hərbi cinayətlərə görə ömürlük həbs cəzasına məhkum edilmişdi.
Məhkəmə onu, o cümlədən 1995-ci ildə Bosniya və Herseqovinada BMT əməkdaşlarının girov götürülməsi və Srebrenitsada müsəlmanlara qarşı soyqırımda təqsirli bilmişdi.
Mladiçin vəkili Draqan İvetiç isə bildirib ki, ölümündən az əvvəl Haaqa tribunalı onun səhhəti ilə əlaqədar təcili humanitar azadlığa buraxılması barədə müraciəti rədd edib.
Denmedia.az

